![](https://static.wixstatic.com/media/aa9faa_7d1e3435ad7f43e3a25810ce72c2b266.jpg/v1/fill/w_1920,h_1200,al_c,q_90,enc_avif,quality_auto/aa9faa_7d1e3435ad7f43e3a25810ce72c2b266.jpg)
![](https://static.wixstatic.com/media/aa9faa_231affabc1c14667bc9529c33e4f6e3a.jpg/v1/fill/w_357,h_273,al_c,lg_1,q_80,enc_avif,quality_auto/aa9faa_231affabc1c14667bc9529c33e4f6e3a.jpg)
Ailə ilə İş Birliyi
Niyə Ailə ilə İş Birliyi?
Uşaqların inkişafında içində olduqları ətraf əhəmiyyətli bir rol oynayır, ailə isə bu ətrafın ən fundamental parçasıdır. Buna görə ailə ilə iş birliyi; uşaqların inkişafı, təhsili və məktəbə qədər təhsilin keyfiyyəti baxımından böyük əhəmiyyət daşımaqdadır.
Ailənin iştirakıyla məktəbdə əldə edilmiş davranışlar evdə dəstəklənmiş olur və davamlılıq qazanırlar. Müəllim ailənin təhsilə dəstəyi sayəsində hədəflədiyi məqsəd və qazanımlara daha asan çatma şansına nail olar. Ailə ilə iş birliyi məktəb və ailə arasında daha yaxşı bir ünsiyyət qurulmasını təmin edər; beləliklə məktəbin fəaliyyəti artmış olar.
Məktəb-ailə əməkdaşlığın təsirlərini araşdıran araşdırmalar, uşaq, ailə və müəllimlərin bu əməkdaşlığından necə təsirləndiyini təyin etməyə çalışmışdır.
Uşağa Faydaları
Məktəb-ailə əməkdaşlıq sayəsində uşaqların;
-
Məktəbə qarşı daha müsbət tutumlar sərgilədikləri
-
Oxuma bacarıqlarında daha yüksək müvəffəqiyyət əldə etdikləri
-
Məktəbdə daha müvəffəqiyyətli olduqları
-
Daha yaxşı keyfiyyətdə tapşırıq hazırladıqları
-
Ailələriylə məktəb arasında daha çox bənzərliklər gördükləri olmuşdur. Ayrıca evdə ailəsindən təhsil köməyi görən və məktəb ilə yaxın əməkdaşlığına girən ailələrin uşaqlarının oxuduğunu anlama müvəffəqiyyətinin yüksək olduğu görülmüşdür.
Ailələrə Faydaları
Ailələrin;
Uşaqların inkişafına necə kömək edə biləcəklərinə dair məlumatlar əldə etdikləri
Məktəbin işləyişi və təhsil proqramları ilə əlaqədar məlumatlar öyrəndikləri
Uşaqlarına qarşı daha çox dəstəkləyici olduqları
Uşaqlarına köməkçi olma mövzusunda özlərinə daha çox güvəndikləri
Müəllimləri daha köməkçi və dəstəkləyici olaraq gördükləri olmuşdur.
Pedaqoqlar və Məktəbə Faydaları
Müəllimlərin;
Ailələri, daha köməkçi və dəstəkləyici olaraq görə bildikləri
Müəllimlərin əhvalının daha yüksək olduğu
Ailələrdən uşaqlarıyla əlaqədar aktual hadisələrə bağlı çox şey öyrəndikləri və daha yaxşı tanıdıqları görülmüşdür.