top of page

Dəyərlərimiz.

 

Dəyərlər təhsili proyekti, şagirdlərimizin sevgi, hörmət, barış, optimizm, həssas olma, azad düşünə bilmə, dürüstlük, xoşgörüş, məsuliyyət, ədalət, güvən, köməksevərlik v.s  daha bir çox mənəvi və mədəni dəyəri tam olaraq qavraya bilmələri və əldə edə bilmələri üçün ediləcək olan məlumatlandırma, məktəb içi və məktəb xarici fəaliyyətlər, yarışmalar v.s  kimi tətbiqləri ehtiva etməkdə olub məktəb-ailə əməkdaşlıq tələb edən əhatəli bir proyektdir.

 

Dəyərlər təhsilinin məqsədlərindən biri, şagirdlərdə sağlam, tutarlı və balanslı bir şəxsiyyət meydana gətirməkdir.

Digər bir məqsədi isə "hər şagirdi həm maraq və qabiliyyətləri istiqamətində yetişdirərək həyata və üst təhsilə hazırlamaq, həm də "yaxşı insan", "yaxşı vətəndaş" olmalarını təmin etmək üçün lazımlı məlumat, bacarıq, tutum, davranış və vərdişlər qazandırıb, onları öz əxlaq anlayışına uyğun olaraq yetişdirməkdir. Bu birinci məqsəd, yəni, "şagirdlərdə sağlam, tutarlı və balanslı bir şəxsiyyət meydana gətirmək", əsasən təhsilin ən fundamental məqsədidir. Çünki o olmadan, təyin olunmuş digər məqsədlərə çatılsa belə, bir məna ifadə etməz. Günümüz hadisələri, bir çox valideyn və pedaqoqu, akademik müvəffəqiyyətin tək başına kafi olmadığını; şagirdin məlumat mənasında dolu olmasının onu həyatda müvəffəqiyyətli etməyə çatmayacağını; ictimai həyatda müvəffəqiyyətli ola biləcəyi xüsusiyyətləri, həyata dair seçimlərində sağlam qərarlar verə biləcək şüuru, özünü rahat ifadə edə biləcək özünə inamı, nə bahasına olursa olsun haqqdan və doğrudan ayrılmayacaq dürüstlüyü qazandırmanın dünyada ona verilə biləcək ən əhəmiyyətli dəyər olduğunu; bu gözəl xüsusiyyətlərin dəyərinin heç bir şeylə ölçülməsinin mümkün olmadığını düşünməyə vadar etmişdir.

 

 

DƏYƏRLƏRİMİZ GƏLƏCƏYİMİZDİR

SEVGİ

DOSTLUQ

HÖRMƏT

EMPATİYA

MƏSULİYYƏT

NƏZAKƏT

ƏMANƏT

DOĞRULUQ

bottom of page