![](https://static.wixstatic.com/media/aa9faa_7d1e3435ad7f43e3a25810ce72c2b266.jpg/v1/fill/w_1920,h_1200,al_c,q_90,enc_avif,quality_auto/aa9faa_7d1e3435ad7f43e3a25810ce72c2b266.jpg)
Oyuncaq Günümüz...
Oyunun, uşağın inkişafı üzərindəki təsirləri nə qədər əhəmiyyətlidirsə, eyni şəkildə oyun materialları da çox əhəmiyyətlidir. Oyuncaqlar, uşağın seçmə, qiymətləndirmə duyğusunu və yaradıcılığını inkişaf etdirərkən eyni zamanda da öz-özünə qərar verə bilmə və müəyyən sahələrdə bacarıqlar qazanmasına da imkanlar hazırlamaqdadır. Bu vəziyyətdə oyuncaqları, "inkişaf pillələri boyunca uşağın hərəkətlərinə nizam gətirən zehni və psixo-ictimai inkişaflarında köməkçi olan təxəyyülü və yaradıcı qabiliyyətlərini inkişaf etdirən bütün oyun vəsaitləridir" şəklində təyin edə bilərik.
Uşaqlar üçün böyük əhəmiyyətə sahib olan müxtəlif ölçülər və rənglərdəki oyun vəsaitləri eyni zamanda, uşaqların oynayarkən həm əylənməsinə, həm də rəng, ölçü, forma, şəkil kimi anlayışları öyrənmələrinə köməkçi olar. Uşaq yoldaşlarıyla birlikdə oynayarkən paylaşmağı, gözləməyi, əməkdaşlıq etməyi də öyrənə bilər. Bundan əlavə uşaqlar əllərinə keçən oyuncaqları pozaraq, qıraraq, parçaları ayırıb birləşdirərək həm maraqlarını aradan qaldırarlar, həm də obyektlərin xüsusiyyətlərini araşdırar və kəşf edərlər.
Məktəbdən əvvəlki dövrdə uşaqların oyuncaqlara və oyun materiallarına qarşı olan bu maraqlarının yanında, artan bir yaradıcılıq, yetkinə bənzəmə və təqlid səyi də vardır. Bu nöqtədə ana - ataya düşən ən böyük vəzifə alıcı və öyrənməyə hazır olan uşağa uyğun oyuncaqları təmin edilməsidir. Ana - ata bu dövrdə, uşağın inkişaf xüsusiyyətlərinə uyğun, ehtiyac duyduğu mühiti və materialları təmin etməkdən məsuldur. Bu dövrdə, ana - atalar tərəfindən üzərində əhəmiyyətlə dayanılması lazım olan bir başqa mövzu da uşaqların inkişaflarına faydası olmayan bahalı və bəzəkli oyuncaqların yerinə yaşlarına və inkişaf səviyyələrinə uyğun, öyrədici və düşündürücü oyuncaqların seçilməsidir. Yenə bu dövrdə yetkinlər uşaqlarına gərəyindən çox oyuncaq alaraq, onların bütün ehtiyaclarına cavab verəcəklərinə inanarlar. Əhəmiyyətli olan, oyuncağın çoxluğu deyil, keyfiyyətli olmasıdır.
![](https://static.wixstatic.com/media/aa9faa_7ab73fd1e0ae4e8fbb6704b629adab13.jpg/v1/fill/w_234,h_234,al_c,lg_1,q_80,enc_avif,quality_auto/aa9faa_7ab73fd1e0ae4e8fbb6704b629adab13.jpg)
Oyuncaq Günü Evdən sevdiyimiz bir oyuncaq ilə gəlir, sərbəst oyun zamanında yoldaşlarımız ilə birlikdə, dəyişərək, oyuncaqlarımızı oynayırıq. Oyuncağımız həmin gün evə geri göndərilir.