![](https://static.wixstatic.com/media/aa9faa_7d1e3435ad7f43e3a25810ce72c2b266.jpg/v1/fill/w_1920,h_1200,al_c,q_90,enc_avif,quality_auto/aa9faa_7d1e3435ad7f43e3a25810ce72c2b266.jpg)
Məqsədimiz
Hər uşağın sərbəst bir şəxsiyyət olduğunu göz önündə tutaraq, xoşbəxt və sevgi dolu bir mühitdə, özünə inamı yüksək, sosial, öyrənməkdən və kəşf etməkdən zövq alan, yaşayaraq öyrənən, ilk olaraq özünə və hər kəsə hörmət göstərən xoşbəxt uşaqlar yetişdirməkdir...
Uşaqların meyil və maraqları, potensial imkanları, təhlükəsizliyi, yaşı nəzərə alınmaqla, öyrədici mühit yaradılması, onlarda əqli, fiziki, sosial-emosional və nitq qabilyyətlərinin inkişaf etdirilməsi;
Uşaqların fərdi, psixofizioloji və yaş xüsusiyyətlərinin nəzərə alınması;
Uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların sağlam həyat tərzi keçirməsinin təmin edilməsi;
Uşaqların şəxsiyyətinin harmonik inkişafının, onların maraqlarının, milli və ümumbəşəri dəyərlər əsasında qabiliyyətlərinin inkişafının təmin edilməsi;
Uşaqlarda, onlara ictimai-sosial və təbii mühitdə yaşamağa və məhsuldar fəaliyyət göstərməyə imkan verən sosial-mənəvi keyfiyyətlərin formalaşdırılması bizim əsas məqsədlərimizdəndir.