![](https://static.wixstatic.com/media/aa9faa_7d1e3435ad7f43e3a25810ce72c2b266.jpg/v1/fill/w_1920,h_1200,al_c,q_90,enc_avif,quality_auto/aa9faa_7d1e3435ad7f43e3a25810ce72c2b266.jpg)
Uşaqlar arasında qısqanclıq
UŞAQLAR ARASINDA QISQANCLIQ
"Bir gün çox sevdiyiniz yoldaşınızın evə heç tanımadığınız
biriylə gəldiyini xəyal edin. Evə gətirdiyi yeni adamın
bundan sonra sizinlə yaşayacağını söylədiyini düşünün.
Sizi əvvəlki qədər sevdiyini söyləməsinə baxmayaraq,
zamanının çoxunu onunla keçirməyə başlarsa nə edərdiniz?
Üstəlik o adamın onun diqqətinə möhtac olduğunu söyləsə...
Bu xoşunuza gedərdi? Həyatınıza girən bu yeni adam
haqqında nə hiss edərdiniz? Yoldaşınızı onunla paylaşmaq
istərdiniz?"
Bacı - Qardaş qısqanclığı da belə bir vəziyyətdir və məktəbəqədərki dövrdə qarşılaşılan ən məşhur problemlərdən biridir. Bir problem hesab edilməklə birlikdə əslində uşaqlarınızın qardaşlarını qısqanması, onların ana - atalarını çox sevmələrindən qaynaqlanan normal bir duyğudur. Bu vəziyyətdə əhəmiyyətli olan uşağın bu duyğuyla necə başa çıxdığı və ana - atanın onun dünyagörüşündən hadisəyə baxa bilməsidir.
"Qısqanclığın ən böyük səbəbi; böyük qardaşın ən qiymətli varlığını, ana - atasını, qardaşıyla paylaşa bilməməsidir." Lakin qısqanclıq yalnız böyük ya da ilk uşaqlarda müşahidə edilən bir vəziyyət deyil. "Kiçik qardaş da böyüdükcə, böyük qardaşın bacarıqları qarşısında özünü qeyri - kafi görər və ona tanınan imtiyazların fərqinə vararaq qısqanclıq etməyə başlayar."
Uşaqlar arasında qısqanclıq müxtəlif şəkillərdə ortaya çıxar:
1) Dilə gətirmə: Bəzi uşaqlar qardaşlarına etdikləri qısqanclığı sözləriylə dilə gətirər: "Kaş ki heç doğulmasaydı.", "Qardaşıma nifrət edirəm." kimi.
2) Regresyon/ Geriyə dönüş: Bəzi uşaqlar, qardaşlarının doğulmasıyla birlikdə körpəlik dövründə görülən xüsusiyyətlərini yenidən göstərməyə başlayarlar: əmzik əmmə, alt islatma vs.
3) İçinə qapanma: Bəzi uşaqlar, sevilmədiklərini düşünərək içinə qapana bilər və depressiyaya girə bilərlər.
4) Zərər vermə: Qısqanclığı sıx olaraq yaşayan uşaqlar da qardaşlarına fiziki zərər verə bilərlər: çimdikləmək, vurmaq, salmaq kimi.
Uşaqlar arasında qısqanclıq ilə əlaqədar bilinməsi lazım olan təməl ünsürlər:
-
Qısqanclıq təbii bir duyğudur və ana - atanın bir başqasıyla paylaşılamamasından qaynaqlanır.
-
Əslində qardaşa qarşı görünsə də ana - ataya qarşı hiss edilən hirslilik və inciklik duyğularını əks etdirər
-
Ana - ataların tutumu çox əhəmiyyətlidir. Bu tutum uşağın qısqanclıq duyğusunun azalmasına ya da artmasına yol aça bilər.
Uşaqlar Yeni Bir Qardaşı Olduğunda Özlərini Necə Hiss edərlər?
Tərk edilmiş, etibarsız və dəstəksiz hiss edər
Uşaqlar nə üçün Qardaşlarını Qısqanarlar?
-
Evə ikinci uşağın gəldiyi ana qədər özünə göstərilən maraq və diqqətin artıq qardaşına göstərilməsinə görə qısqanclıq edərlər.
-
Uşağa ayrılan zamanın azalmasına görə qardaşlarını qısqana bilərlər.
-
Doğum sırası qısqanclığa təsir edən faktorlardan biridir: Qısqanclıq duyğusu ilk doğan uşaqlarda daha sıxdır, çünki onlar bütün diqqət və sevginin üzərlərində olmasına alışmışlar. İkinci ya da üçüncü uşaqlar isə doğumlarından etibarən ana - atanın sevgi və diqqətini paylaşmağa alışmışlar. Bu vəziyyət ikinci ya da üçüncü olaraq doğan uşaqların qardaşlarını qısqanmadıqları mənasını verməz; amma onların vəziyyətində ana - atanın aldıqları tutum təsirlidir.
-
Uşağın yaşı da qısqanclığa təsir edər: Bacı - Qardaş qısqanclığı ailəyə daha çox bağlı olan beş yaşın altındakı uşaqlarda daha çox görülər. Lakin uşaqlar məktəbə getməyə başlayınca məktəb mühiti bir dəstək olaraq ortaya çıxar. Altı yaş və üstü uşaqlar ana - atalarından ayrılıb yoldaşları və müəllimləri arasında bir yer əldə edərlər. Başqaları tərəfindən qəbul görmək və sevilmək onları rahatlaşdırar. Lakin məktəbə gedən uşaqlarda bacı - qardaş qısqanclığı görülmədiyini düşünmək səhv olar. Bu dövrdə bəzi uşaqlar qardaşları analarıyla evdə qaldığı üçün daha çox qısqanclıq edə bilər və özlərinin məktəbdə tərk edilmiş, buraxılmış hiss edə bilərlər. Onlar ana - atalarının hələ də özlərini sevdiyini bilməyə ehtiyac duyarlar.
Qardaş Qısqanclığının Müsbət təsirləri varmı?
-
Qısqanclıq qarşısı alına bilməsə də uşaqların bu duyğuyla başa çıxmalarına köməkçi oluna bilər ya da bu duyğular azaldıla bilər. Uşaq həyatında bir rəqiblə qarşılaşmanın o qədər də pis bir şey olmadığını fərq etsə irəlidə həyatında - işdə ya da evdə - rəqabət tələb edən vəziyyətlərdə mübarizə edə bilməyi öyrənəcək.
Qardaşını Qısqanan Uşaqlarımız üçün Nə Edə bilərik?
Uşağınıza qardaşını qısqandığı üçün hirslənməyin. Çünki uşağınız qardaşını qısqanırsa əhəmiyyətli olan sizin ona qarşı tutumunuz və onun bu duyğusuyla necə başa çıxdığıdır. Əvvəlcə qəbul edilməsi lazım olan bunun normal bir duyğu olduğudur. Uşağınızın başa düşülməyə ehtiyacı vardır. Bu səbəbdən onun duyğularını anlayıb bunları ona söyləsək, bu vəziyyət həm onu anladığımızı göstərməmizə həm də onun qısqanclıq duyğusuyla başa çıxmasına köməkçi olar. Məsələn: "Qızğın olduğunu bilirəm; amma qardaşına zərər vermək bir işə yaramayacaq," deyib sonra da "Səni də qardaşını da sevirəm," deyə əlavə edə bilərsiniz.
-
Əvvəlcə ana - ata olaraq sizin, rahat olmanız lazımdır. Qardaşını qısqanacaq deyə narahat olsanız, uşağınız bunu hiss edər və daha gərgin ola bilər.
-
İkinci uşaq olduqdan sonra; ana - atanın, öz aralarında iş bölümü etmələri və atanın dəstəyi çox əhəmiyyətlidir. Beləcə ana - atası tərəfindən artıq əvvəlki qədər sevilmədiyini düşünən uşağınızla davamlı maraqlana bilərsiniz..
-
Uşağınıza, "Qardaşın doğuldu; amma sənə olan sevgimizdə və diqqətimizdə azalma yox." mesajını verməlisiniz. Bunu yalnız söyləyərək deyil, eyni zamanda ona xüsusi zaman ayıraraq, birlikdə ortaq fəaliyyətlər edərək və ona məsuliyyət verərək edə bilərsiniz.
-
"Narahat olma, səni də qardaşın qədər sevəcəyik." cümləsi nə qədər yaxşı niyyətli olsa da uşaq üçün bir rəqabət mühiti yaradar və ana - atanın sevgisi üçün qardaşla yarışmasına gətirib çıxarar.
-
Ailə yaxınlarını, yalnız yeni qardaşla maraqlanmamaları mövzusunda xəbərdar etməliyik.
-
Kiçik qardaş üçün deyilən "Nə qədər yaramaz, davamlı məni yorur. Mən səni daha çox sevirəm." kimi sözlər böyük uşaq tərəfindən inandırıcı olmayacaq. Bu vəziyyət uşağınızın sizə olan etibarını sarsıdacaq.
-
Körpəyə, davamlı "körpə" deyə xitab etmək yerinə, adıyla xitab etmək, "mənim" deyil, "bizim" deyərək danışmaq daha yaxşı olar.
-
Böyük uşağı, kiçik qardaşından, zərər verəcək qayğısıyla uzaqlaşdırmağa çalışmaq ən böyük səhvlərdən biri olar. Lakin birlikdə olduqları zamanlarda onları davamlı gözünüzün qarşısında tutmanız ola biləcək pis bir vəziyyətin qarşısını alacaq.
-
Qısqanmasın deyə böyük uşağa həddindən artıq xoşgörüşlü olmaq, vəziyyəti pisləşdirəcək.
-
Kiçik qardaşla əlaqədar işlərdə, uşağınızdan kömək istəyə bilərsiniz.
-
Qardaşının doğumuyla birlikdə uşaq dərhal bağçaya göndərilməməlidir. Bu, qısqanclığı artırdığı kimi, bağşa ilə əlaqədar problemlər yaşamasına da yol aça bilər. Eyni zamanda bu vəziyyət uşağın "Məni bağçaya göndərirlər, onlar evdə oynayırlar," kimi düşüncələrə qapılmasına yol aça bilər. Lakin bağçaya gedən bir uşağın da qardaşı doğulduğu üçün bağçadan alınmaması lazımdır. Yoldaşlarıyla vaxt keçirib oynayacağı, sevildiyini hiss etdiyi başqa bir mühitdə olması uşağın qısqanclıq duyğusuyla başa çıxmasında köməkçi olar.
-
Hər şeyin bərabər deyil, ədalətli olunmasına çalışılmalıdır. Bərabər zaman ayırmaq yerinə, hər uşağa ehtiyacına görə zaman ayırmaq lazımdır. Sevginizin bərabər olduğunu göstərmək yerinə, hər uşağa yalnız özünə xüsusi bir sevgi göstərmək daha doğru olacaq. Məsələn uşaqlarınızla paylaşmalarınız və birlikdə etdiyiniz fəaliyyətlər, uşağın maraq sahələri istiqamətində olsa, onlara ayıracağınız vaxt bərabər olmasa da bu uşağınızı xoşbəxt etməyə çatacaq.
-
Ailənin bütün olduğu duyğusu hər kəs tərəfindən hiss edilməlidir. Bu səbəblə ailə tərəfindən, birlikdə fəaliyyətlər edilməlidir.
-
Qardaşlar arasında qısqanclıq olduğunu hiss etdiyinizdə; onları bir-birindən uzaqlaşdıracaq deyil, yaxınlaşdıracaq mühitlər yaradın.
-
Qardaşlar arasındakı qısqanclıq, nə qədər sıx olursa olsun, ayrı qaldıqlarında bir-birləri üçün darıxarlar. Bu da münasibətləri bəzən yaxşı olmasa da, əslində bir-birlərini çox sevdiklərini göstərər.
-
Uşağınızla qardaşı olmadan etdiyiniz şeyləri etməyə davam etsəniz yaşanan qısqanclığı ən aza endirə bilərsiniz.
Unutmayın ki qardaş qısqanclığı hər uşağın yaşayacağı normal bir duyğudur. Əhəmiyyətli olan sizin uşağınızı anlamanız və bu duyğuyla başa çıxarkən ona köməkçi ola bilmənizdir.
![](https://static.wixstatic.com/media/aa9faa_bba56b6ee36c469ab1f37f09a7d8826f.jpg/v1/fill/w_424,h_205,al_c,q_80,usm_0.66_1.00_0.01,enc_avif,quality_auto/aa9faa_bba56b6ee36c469ab1f37f09a7d8826f.jpg)