top of page

 

 

 

Uşaqlarda Özünə İnamı Zədələyən Ailə Tiplərini tanıyaq

 

Uşaqlarda özünə inamı zədələyən, yıxan  ya da inkişafına maneə törədən müxtəlif ailə modellərini və yanaşmalarını bilirsinizmi?

Özünə inamın uşaqların özünü ifadə edə bilməsi, haqqını müdafiə edə bilməsi üçün lazım olduğunu bilirsiniz. Uşaqlarda özünə inamı zədələyən müxtəlif ailə modellərinə və yanaşmalarına toxunacağıq.

 

Qoruyucu Ailə

Bizim mədəniyyətimizdə ən çox görünən və uşaqlarda özünə inamın inkişafını zədələyən ailə tipi qoruyucu ailədir. Bu tərz ailələrdə uşaqlar həddindən artıq dərəcədə sevilərlər. Bu sevginin nəticəsi olaraq xüsusilə analar uşağının hər işini özü edər. Yeməyini yedirər, otağını toplayar, ayaqqabısını geydirər, çantasını hazırlayar, yatağını səliqəyə salar. Hətta bəzi ailələrdə bu əlaqə daha da irəli gedər, uşağın corabını anası geydirər, dişini anası fırçalar, tapşırığını belə ana - atası edər. Hər işi ana-atası tərəfindən görülən bu uşaqlar, öz başlarına bir iş edə bilməyəcəklərini düşünərlər. Anaya bağlı bir şəxsiyyət kimi formalaşarlar. Ailə ziyarətlərində ananın yanından ayrılmaz, yad insanların qarşısında başlarını özlərini ifadə edə bilməzlər. Bu ailələr uşaqların öz işlərini özlərinin etməsinə fürsət verməli və onları cəsarətləndirməlidir.

 

Mükəmməliyyətçi Ailə

Bəzi ailələr isə həddindən artıq mükəmməliyyətçidir. Bu ailələrdə, uşaq nə etsə etsin ailəni məmnun edə bilməz. Uşaq otağını toplar amma ana, "Bu necə otaq toplamaqdır, hələ yerdə nə qədər oyuncaq var" deyər. Uşaq dərsindən  4 alar, ana - ata "Niyə 5 almadın?" deyə uşağı sorğulayar. Uşaq  yeməyini təbii olaraq, bir az tökərək  yeyər, ana - ata "Yemək yeməyi belə bilmirsən." deyər. Bu ailənin uşaqları heç cür ana - atalarını məmnun edə bilməzlər. Çünki ana - ata daim mükəmməli istər, mükəmməl isə bir uşaq üçün çox çətindir. Bunun nəticəsi olaraq da bu ailələrin uşaqları davamlı tənqid olunarlar. Belə bir tənqid mühitində böyüyən uşaq qabiliyyətsiz və bacarıqsız olduğunu düşünər. Biz mükəmməl deyilik ki, uşaqlarımızı mükəmməl üçün məcbur edək.

 

Təzyiq Göstərən Ailə

Bu ailələrdə uşağın çox söz haqqı yoxdur. "Sus baxaq, sən nə bilərsən?" "Keç otağına səsini çıxarma" kimi sözlərlə uşaqların özünü ifadə etmələri, haqqını müdafiə etmələrinə maneə törədilər. Ana-ata həddindən artıq sərtdir. Hər şey sərtliklə və qatı qaydalarla həll edilməyə çalışılar. Tez-tez şiddətə müraciət edilər. Uşaq bu ailə mühitində düşüncələrini ifadə etməkdən qorxar. Çünki ana-atasının həddindən artıq sərt reaksiya verəcəyini ya da onun söylədikləri ilə lağ edəcəyini düşünər. Bu ailədə əzilən və susdurulan uşaq, cəmiyyət içinə çıxdığında da özünü ifadə etməkdən çəkinər, qorxar. Hadisələri yalnız qorxu ilə həll etmək yanlışdır. Ən gözəl tərbiyyə sevgi dilidir.

 

Müqayisə edən Ailə

Bəzi ana-atalar davamlı uşaqlarını bir başqası ilə müqayisə edərlər. Uşağın təmizliyi, yuxusu, qeydləri, boyu, şəkilləri, getməsi, yemək yeməsi, ya qardaşı ya da qonşunun bir başqa uşağı ilə müqayisə edilər. Bu müqayisə edilmə nəticəsində uşaq müvəffəqiyyətsiz və bacarıqsız göstərilmiş olar. Belə uşaqlar heç cür özlərini müvəffəqiyyətli hiss edə bilməzlər və özlərinə olan müsbət fikirləri və hörmətləri əksilər. Halbuki hər uşaq xüsusidir və yalnız özü ilə müqayisə edilə bilər.

 

Sevgi Göstərməyən Ailə

Uşaqlara həddindən artıq sevgi göstərən ailələr olduğu kimi heç sevgi göstərməyən, hətta bunu səhv olaraq qəbul edən ailələr də vardır. Xüsusilə keçmiş illərdə, uşağı qucağa götürmək, bir başqasının yanında sevib öpmək ayıb sayılmışdır. Bu ən-ənənin qismən davam etdiyi yerlər  vardır. Sevginin ürəyə basdırıldığı və ifadə edilmədiyi ailələrdə uşaqlar sevilmədiyini düşünərlər. Sevildiyini görməyən və hiss etməyən uşaqların isə ümumiyyətlə özünə inamları və özlərinə qarşı müsbət hissləri zəifləmiş olar. "Məni kimsə sevmir, çünki mən sevilməyə layiq deyiləm" düşüncəsini inkişaf etdirərlər. Bu səbəblə sevgimizi ölçüsündə ifadə etməkdə fayda vardır.

Uşaqlarda ÖZünə İnamı zədələyən Ailə Tipləri

bottom of page